Dəşti Təsnifi
Title | Dəşti Təsnifi |
---|---|
Artist | Eyyub Yaqubov |
Album | İfalar (2002) |
Release Date | (not set) |
Description | ? |
Lyrics | [Bənd 1] Sənin eşqin məni gətirdi dilə Sanki aşiq olub bülbül bir gülə Sənin eşqin məni gətirdi dilə Sanki aşiq olub bülbül bir gülə Səni sevdim, könül verdim Həsrət çəkdim mən (Ay bala) Səni sevdim, həsrət çəkdim Könül verdim mən Sənintək gözələ, eşqimi təzələ Amma tez elə Bu ayrılığın ömrünü az elə Sənintək gözələ, eşqimi təzələ Amma tez elə Bu ayrılığın ömrünü az elə [Bənd 2] Əgər məndən ayrı gəzib, dolansan Məni öz eşqinə biganə sansan Əgər məndən ayrı Gəzib, dolansan Məni öz eşqinə Biganə sansan Od tutaram, alışaram Həm yanaram mən (Ay bala) Od tutaram, alışaram Həm yanaram mən [Nəqərat] Unuda bilmərəm, sənsiz mən gülmərəm Özümə gəlmərəm Bu ayrılığa dözə bilmərəm You might also likeUnuda bilmərəm, sənsiz mən gülmərəm Yaşaya bilmərəm Bu ayrılığa dözə bilmərəm [Qəzəl] Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz Hər nəfəs çəkdim, hədər getdi o saət sənsiz! Sənin o cəlb eyləyən vəslinə and içdim inan Sənin o cəlb eyləyən vəslinə and içdim inan Hicrinə yandı canım, yox daha taqət sənsiz! Sən Nizamidən əgər arxayın olsan da, gülüm Gecə-gündüz arayıb, olmadı rahət sənsiz! [Nəqərat] Unuda bilmərəm, sənsiz mən gülmərəm Özümə gəlmərəm Bu ayrılığa dözə bilmərəm Unuda bilmərəm, sənsiz mən gülmərəm Özümə gəlmərəm Bu ayrılığa dözə bilmərəm |