O Alır Məni Məndən

TitleO Alır Məni Məndən
ArtistJavid Amir
Album
Release Date2022-04-14
Description?
Lyrics[Bənd 1]
Məni məhv edirsən gözlərinlə
Gecələr zəng edir özləmindən
Bir-birimizi biz anlamalıyıq ki
Bu sevginin gələk öhdəsindən

Hər şey necə də xoş gəlir sənlə
Bəzən boş yerə salırsan dərdə
Fikrimiz qəti, kaprizi bitir
Axı kim nə bilir?
[Nəqərat]
O, alır məni məndən, məni məndən, məni məndən
Sevdim onu səhvən, onu səhvən, onu səhvən
İncidir məni bəzən, məni bəzən, məni bəzən
O, alır məni məndən, məni məndən, məni məndən

[Bənd 2]
Niyə münaqişələr arasında mən qalıram?
Boş yerə deyinir bəzən, amma ki, mən susuram
Nə üçün yad eləmirsən? Deyir ki: "Pis oluram"
Verdiyim dəyəri unudursan, yada salıram

Yenə də ümidim oldun, demə ki, yenə "bu sondur"
Axı denən bircə dəfə dərdin nədir, nədir?
Yenə də ümidim oldun, demə ki, yenə "bu sondur"
Axı denən bircə dəfə sənin dərdin nədir, nədir?

[Nəqərat]
O, alır məni məndən, məni məndən, məni məndən
Sevdim onu səhvən, onu səhvən, onu səhvən
İncidir məni bəzən, məni bəzən, məni bəzən
O, alır məni məndən, məni məndən, məni məndən

[Bənd 3]
Hər yerdə varsan, sən mənə yarsan
İnanmaram heç vaxt dərdimə yansan
Yalanlarına bir az istədim baxmaq
Düz deyirsən, elə mənəm o axmaq
You might also likeBu dəfə ümid edirəm ki, bəlkə hər şey düzələr
Görməsə məni, bilirəm üzülər
Yer tuturam amma ən dərindən
Ölər hüznündən, hüznündən

[Nəqərat]
O, alır məni məndən, məni məndən, məni məndən
Sevdim onu səhvən, onu səhvən, onu səhvən
İncidir məni bəzən, məni bəzən, məni bəzən
O, alır məni məndən, məni məndən, məni məndən