D b d b m
Title | D b d b m |
---|---|
Artist | Uran |
Album | MiF |
Release Date | 2021-12-21 |
Description | ? |
Lyrics | (nəqarət) Dabadabam, dabadabam! Belə deyir hər bir adam Söhbəti boş - tələbi var Oxşar olsun, dabadabam! Məna cılız. Mənaya sox Başı saman, ala, içinə pox Pullu oğlan, özü yaman Ağzı yalaq bunun, dabadabam! (1-ci hissə) Nəyi də olmasa geyimi zor Televizor yuyub, beyini tor Nəsə “nito” bunun əsəri - “fu” Xəsarət qulağa, içərin yu Keçən bu və ötən il o Yadımda qalmır hər ötən kino; Kimdə bir atımlıq, kimdə iki Kimdə şokolad, kim “Kinder” içi Gündəm içi olur kündə kiçik Ala, klip-halı elə bil gündə içir Kəsici dişi işə salıb kişi Yekə tikə qoparır iki trekə Sökə-sökə, aşırı ədalı Yenə təki səsli, sadalı Qalxsın pikə, ala, dəsmal alın Elə bil ki, bahalı malı, zalım Necə küçədə silsilə qatil Eləcə qulaqda musiqi qatı ünvana çatır Vəzni əzik yazı tərtibatlı Çox kul təqtimatla You might also likeSoxdun, getdi altdan Vyusu qalxdı milyon Mətni avto, yaxta, minyon Məntiq axmaq, mənə də yaxma Nəyimə gərək nisyə villa saxta Varsa doğma daxma, sağlam saxla Repdə dalğam on beş ildə qurub nadir şahlıq Caspian Clan’ın son beşiyi vurub tək nişanla! Tərkibi pançlı şanlı rep-məsəllər altda böyüyər sərt nəsillər! (nəqarət) Dabadabam, dabadabam! Belə deyir hər bir adam Söhbəti boş - tələbi var Oxşar olsun, dabadabam! Məna cılız. Mənaya sox Başı saman, ala, içinə pox Pullu oğlan, özü yaman Ağzı yalaq bunun, dabadabam! (2-ci hissə) Bir var zövqə görə, bir var mövqeyə görə səni sevməsinlər Dollar kimi ol ki, olmayanda krizis vursun təpəsindən Beləliklə, xanımlar, cənablar, deyin şablonlar tərpənsinlər Radioaktiv təhlükə qayıdır təkrar AzRepin cərgəsinə... Dinləyici gözləyir kambəki Necə tərgidən tənbəki - oturub yanpəki Könlü rep istər, küçəyə qan çəkir Yol çəkim parça, bitlə - dalımca gəl! Deyil sonuncu film batınca gün Sonu zibil başlayanda onu zibil Bazar olmasa birinci gün Cırıq cibim; qafiyyə tökülüb yolda Qırıq ipim; qoyuya düşmədim zorla! Belə repim beynimdə bişmədi zorla! Səlist olub əksinə işlədi zona Nəfəs alan hər bir saniyə uzandı Qəliz halın sətrə bəxşi fəzalar Pəhriz olan qulaqlardan uzaqdır Qınaqdan azad olan hər şey azaddır? Ya tənqidsiz dünya özü bir təzaddır? (keçid) “Uraaan, bəsdir görüm Sənə təqaüd artıq təsdiq olub Fanboy’un, fangirl’un yoxdur sənin Ala, məsləhət reklama pul - düzələr.” “Hey, repin filosofu! Başını burax gəl dəlisov ol Parisdə qal, repin kariesi var Uzaqda yaşayan rep dayısı ol!” (nəqarət) Dabadabam, dabadabam Belə deyir hər bir adam Söhbəti boş - tələbi var Oxşar olsun, dabadabam Məna cılız. Mənaya sox Başını saman, ala, içinə pox Pullu oğlan, özü yaman Ağzı yalaq bunun, dabadabam! Dabadabam, dabadabam… Hə, yenə dе! Anbar emalatxanasından bir başa sizin beyin məxbəxinizə! |