Get
Title | Get |
---|---|
Artist | Uran |
Album | MiF |
Release Date | (not set) |
Description | ? |
Lyrics | [Giriş] Hm yeah Get [Bənd 1] Çalışıram tutum axarı Aşağıdan birbaşa üzüyuxarı Harada diribaş olan baş çıxarır İşləyib nəyi var, axıdıb tər, buxarı Deyirlər “get!...” ”Cahanda bir yer az ola bilər sənə.” ”Get!...” ”Bu tərəflərdə sevmirlər beləsini.” Elə bil otaq hara qaranlıq Qəfil işıq yanıb sönür belə bir anlıq Bu məqadma beyin olur ala-toranlıq Nə İbrahimlik, nə də ki, Uranlıq… Deyirlər “get!...” ”Uzağın adı ilə, sən uzağın ardı ilə” ”Get!...” Mən bitdim artıq… [Nəqərat] Yazılar yazıların ardından Mən azıram Oynamalısan həyatın nazı ilə Ən azından get… Getsən iz saxla, iz üstündə göz saxla! Get!... Körpüyə od vurma, yanında köz saxla! [Bənd 2] Uğurun alqışı çoxdur həmişə Həyatın sərt qışı - bəzən bəxt quşu Bəzən səhv qoşur və dönür qəmişə Nə istəmişəm və nəyə gəlmişəm Üzünü çöndər, sükanı döndər Qazı sıx öndə, kəməri boş! Hamını göndər. Guya ki, öndər Nə halda, gündə. Təhəri xoş You might also likeHekayə təkrarı gələr Neçə küçə, neçə seçim, necə döngələr? Nəçi olsam nə olardı? Acı səhnələr Acı məhv edər şirini səhifədə mənim səhvimdən Mən isə oturub bəhanələr uydururdum Pis vururdum - guya ki, dərdimdən Hər şeyi verib boşa Mən getdim artıq… [Nəqərat] Yazılar yazıların ardından Mən azıram Oynamalısan həyatın nazı ilə Ən azından get… ”Burada nə tapdın, nə varsa orda var!” Get!.. ”Yaşamaq uzaqda, vətən isə gorda var!” [Bənd 3] Bir gün eşitməyib dilimi Bir gün görməyib tanıdığım birini Bir gün çəkərək aclıq qayğıdan Bir gün öyrəndim susmağı ağrıdan Bir gün anladım susmaqdır ağrıdan Bir gün o oldu dünyamı dağıdan Bir gün xəyanət soyuğu əsəndə Bir gün duydum mən sevgimi, doğrudan Bil ki, daha çoxuna qadirsən Bəzən bəxt, bəzən əzm, bəzən hadisə Bu deyir ”əsas dolu olsun pul kisən”! O deyir ”əsas bu həyatda ol kimsə”! Uşaqlıqdan eşitdiyim tövsiyə Necə insanlar qul olurlar nəfsinə Bildikləri böyüyəndə dönür tərsinə… Zibil…mən bezdim artıq! [Nəqərat] Yazılar yazıların ardından Mən azıram Oynamalısan həyatın nazı ilə Ən azından get… Uçurum kənarında dayanmağa yox lüzum! Yox lüzum Get!... Bacarığın qədər, bacardığın üsul! Hə! Yazılar yazıların ardından Mən azıram Oynamalısan həyatın nazı ilə Ən azından get… Hər şey tapılır bircə zamandan başqa! Get!... Hər şeyi sıfırla və əvvəlcədən başla! |