Sevgi Qalıb XX Əsrdə
Title | Sevgi Qalıb XX Əsrdə |
---|---|
Artist | Uran |
Album | MiF |
Release Date | 2021-01-01 |
Description | ? |
Lyrics | [Giriş] Mən bilmirəm bu trek nə haqdadır Soruşmayın məndən [Nəqərat] Sevgi qalıb XX əsrdə Hündür divar, üstü açıq qəsrdə Deyir onun artıq həmin tamı yox Görünür ki, həyatın nizamı yox Sevgi qalıb XX əsrdə Hündür divar, üstü açıq qəsrdə Deyir onun artıq həmin tamı yox Görünür ki, həyatın nizamı yox [Bənd 1] Yeni yetər, yeni yetməz, yeni istər Dəli coşqu, dəli sevgi, dəli hisslər Qısa məktub, geniş ürək, gecə gizli, dəhlizdən Otağadək, yatağadək keçən izlər... Xatirə qatili zaman yol uzunu (Yenə) Sevgi döyən qapılar açmır oğlana (Amma) Qısa münasibətin kökü də qısa Bir gün də bəlkə qalsa və "sevgili" alınsa... Təəssüf, səhər duş, qəhvə, tələsik vida Deyir "nömrəm kontaktda", beləsi də var Sonra dərs, sonra ev, sonrası da var Belə də ki, əvvəlinə sonrası davam Çıxıb çölə oturur maşına, ovcu qaşınır Qoyur xoşuna gələn treki, çarə başına İşə düşür maşın... Şütüyür boş küçələrində şəhərin Lakin tapmır təhərin Qarşılayır dəniz kənarında səhəri tənha... [Nəqərat] Sevgi qalıb XX əsrdə Hündür divar, üstü açıq qəsrdə Deyir onun artıq həmin tamı yox Görünür ki, həyatın nizamı yox You might also likeSevgi qalıb XX əsrdə Hündür divar, üstü açıq qəsrdə Deyir onun artıq həmin tamı yox Görünür ki, həyatın nizamı yox [Bənd 2] Hərbi forma, qida, günlük norma, nizam Təlimlər və qıza qalır az vaxt, əlbət Pozur kefin gənc zabitin, şəxsi həyat bir tərəfdə Müharibə başlayır indi, başqa şeylər hədəfdə Döyüş səngiyəndə uzanıb doğma səngərə Qızın səsin duymaq'çın hər dəfə zəng elər, Zəng gələr xanıma qapalı nömrədən, o isə qan vermək'çün Hospitalda durub növbədə, qarışıb başı söhbətə Döyüşdə bitdi fasilə, dəyişdi atəş rəqsinə Yenilər səsə diksinər, köhnələr dartar köksünə Zabit verəcək dərsini. Tanrı çıxarsa dirisini bu döyüşdən Nişan göndərəcək birisinə, demişdi Yoldaş leytenant bilir, sabaha yox qarant – gülür Çiynində akselbant dünən, bu gün də maska örtülü Sevgi tapşırığı verə bilər ürək qərargahı Fərqli nişangah, birinə qız, birinə diyar baxır [Nəqərat] Sevgi qalıb XX əsrdə Hündür divar, üstü açıq qəsrdə Deyir onun artıq həmin tamı yox Görünür ki, həyatın nizamı yox Sevgi qalıb XX əsrdə Hündür divar, üstü açıq qəsrdə Deyir onun artıq həmin tamı yox Görünür ki, həyatın nizamı yox [Çıxış] Sevgi qalıb XX əsrdə Sevgi qalıb XX əsrdə |