Vətəndaşa Mesaj
Title | Vətəndaşa Mesaj |
---|---|
Artist | Uran |
Album | MiF |
Release Date | (not set) |
Description | ? |
Lyrics | [Giriş] Vətəndaş! Həri. Yaxın gəl, yaxın gəl, yaxın gəl Yaxın gəl, yaxın otur! Hə! Yaxın gəl, yaxın otur! Söylə! [Bənd 1] Söylə görüm, sən yaşayansan ya sürünən? Şəxsi fikrə sahib, yoxsa sürünürsən, sürünən? Wikipedia səninçün əsas media? Bil ki, orada belə şeydi a, istəyən edir qeydiyyat! Kremlin sürtdüyü kremi yalama Yüz faiz altda ayrı zaddır, üstü tortdur yalandan Guya Avropa zordur bunlardan? Qarabağı xatırla Bizim azadlıq savaşımıza işğal deyən “qatıq”lar Siyasət girməyən kol yoxdur, ayrı yol yoxdur Sındırasan baş gərək Çün beyini yumaqçün düşünə bilməyən vətəndaş gərək Bu oyunda baş kələyi düz sual çıxarır aşkara Atıb ox şikara Kimin əli ağ, işi qara Gülür; dişi qan, ölür nəşi qara Silahlı kişi əvəzi kitab oxuyan beşi qalır İşğalçının gicgahında deşik olur Qurd-quşa yem əvəzi leşi qalır Eşit bala, belədə ayı sevir balı, fəqət Ət yeməyə edir hərəkət. Dur fərəqət! Bur vərəqi, vur başına milçəyin Çıxarıbsa propoqanda maşını öz dilçəyin! Mənşəyin öyrən oxuduğunun Necə mənbəyin təyin edirsən pis qoxunun Diplomatik dildə sətiraltı toxunur O da həmişə oxunmur və mesaj çatmır çoxuna You might also likeGördüyünü çox da buraxma yaxına! Bir əmrlə min adam düşür daxıla! Kimdəsə görüb çönüb bizə baxırlar Açıq gizlin qapılar, beyinə zibili soxurlar! Vətəndaş! [Nəqərat] Həm tənqid et, həm ol tənqidə davamlı Dəyişdir dəqiqədə havanı Təmizlə beynini davamlı Xüsusən bu zamanda Vacib düşünən, dəliqanlı cavanlar! Həm-həm tənqid et, həm ol tənqidə davamlı Dəyişdir dəqiqədə havanı Təmizlə beynini davamlı Xüsusən, bu zamanda Vacib düşünən, dəliqanlı cavanlar! [Keçid] Yaxın gəl, hə, yaxın dur, yaxın otur! Yaxın gəl, de, yaxın dur, yaxın otur! Yaxın gəl, hə, yaxın ol, yaxın otur! Dinləyib düşünməyin - əsas məqsədim budur! Yaxın gəl, hə, yaxın dur, yaxın otur! Yaxın gəl, dur, yaxın gəl, yaxın otur! Yaxın dur, hə, yaxın gəl, yaxın otur! Dinləyib düşünməyin - əsas məqsədim budur! [Sonluq] Çoxdan oyun gedir geopolitik Məkanında “post-sovyetik” Klassikadan Tolstoy itir Dənizin dibinə kreyser “Moskva“ enir Buçada əsgəri qəssab - bu, məzhəbidir! Ssenari eyni, yaz qoy bir kənarına beyinin “İşğalçı neyniyir?“ Zəbt et, qətl et, qopar, et qarət İmperiya üçün qanı bahasına ticarətdir bu! |